• 12 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9032 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3104

Minnesota ştatının paytaxtında erməni təxribatlarına qarşı etiraz aksiyası keçirilib

15:52 28/07/20 | Diaspora

İyulun 27-də ABŞ-ın Minnesota ştatında ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını indiyədək işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Azadaz.com-a bildirilib ki, ştatın paytaxtı olan Sent Pol (St Paul) şəhərində baş tutan aksiya Minnesota–Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının və müxtəlif şüarlar yazılmış posterlərin bərkidildiyi avtobil karvanı şəhərin küçələrində hərəkər etməklə yerli ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə cəlb edib.

Şəhərin mərkəzində başa çatan avtomobil yürüşünün sonunda “Qarabağ Azərbaycandır!”, "Erməni təcavüzünə son!", "Ermənistanın işğalçı siyasətinə son!" "Qarabağı azad etməyin vaxtıdır!" şüarları səsləndirilib. Soydaşlarımız ABŞ Konqresindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.

Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?