• 2018.11.21

Rusiyada vahid seçkilər günü

Baxış sayı: 38
06:30 09/09/18 | Dünya

Bu gün Rusiyada vahid seçkilər günüdür.

Azadaz xəbər verir ki, Rusiya vətəndaşları ölkənin 22 regionunun başçısını və 16 regionda qanunvericilik orqanlarına üzvləri seçəcəklər. Bundan əlavə, birmandatlı seçki dairələri üzrə Dövlət Dumasına, eləcə də yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Seçkiləri 50 minə yaxın əcnəbi müşahidəçi izləyir. Vahid səsvermə Moskva vaxtı ilə saat 23:00-da başa çatacaq.

Bu gün həm də Rusiya paytaxtının sakinləri Moskva merini seçirlər. Moskvanın rəhbəri vəzifəsinə seçilmək üçün beş namizəd, o cümlədən hazırkı mer Sergey Sobyan mübarizə aparır.

Fəridə Abdullayeva