• 12 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9032 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3104

FIDE yeni reytinq siyahısını açılayıb

18:50 31/07/20 | İdman

Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqustun 1-nə olan reytinq siyahısını açıqlayıb.

Azadaz.com xəbər verir ki, yeni reytinq siyahısına görə, şahmatçılarımızın mövqeyində cüzi dəyişiklik olub.

Belə ki, təmsilçimiz Teymur Rəcəbov (2765) əvvəlki kimi 9-cu, Şəhriyar Məmmədyarov isə 11-ci pilləni (2764) tutur.

Daha iki şahmatçımız, Qədir Hüseynov (2665, 72-ci yer) və Nicat Abasovun (2664, 74-cü) mövqeyi dəyişməz qalsa da, Rauf Məmmədov (2654) iki pillə geriləyərək 91-ci sırada qərarlaşıb.

Siyahıda ilk üçlükdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2835) və çinli Liren Dinq (2791) qərarlaşıblar.

Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658) başçılıq edir. Hindistan şahmatçısı Humpi Koneru (2586) ikinci, rusiyalı Aleksandra Qoryaçkina (2582) isə üçüncüdür.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə mövqeyini qoruyub (2443, 29-cu yer). İlk yüzlükdə yer alan digər iki şahmatçımız 1 pillə irəliləyiblər. Gülnar Məmmədova (2382) 75-ci, Xanım Balacayeva (2376) 85-ci yerə yüksəliblər.

Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?