• 12 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9032 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3104

Paytaxtda koronavirusa yoluxma halları daha çox Binəqədi, Xətai və Sabunçu rayonlarında qeydə alınıb

13:13 01/08/20 | Sosial

Azərbaycanda koronavirusa ən çox yoluxma halı Bakı şəhərində qeydə alınıb. Belə ki, ümumi yoluxma hallarının 56,5 faizi paytaxtın payına düşür.

Azadaz.com “koronavirusinfo.az” saytına istinadla xəbər verir ki, Abşeron rayonunda bu göstərici 16,5, Aran rayonlarında 8,7, Gəncə-Qazax bölgəsində 6,9, Lənkəran rayonunda 4,6, Quba-Xaçmaz zonasında 2, Dağlıq Şirvanda 1,6, Şəki-Zaqatala bölgəsində 1,5, Yuxarı Qarabağda 0,9 faizə bərabər olub. Naxçıvan Muxtar Respublikasında yoluxma halı müşahidə olunmayıb. Ölkə xaricindən idxal olunma halları 0,8 faiz təşkil edir.

Paytaxt üzrə ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb – 14 faiz. Bu göstərici Xətaidə 12,3 , Sabunçuda 11,9 , Yasamalda 11,8, Nəsimidə 9,3, Nərimanov və Suraxanıda 8,2, Nizamidə 7,4, Qaradağda 7,3, Xəzərdə 4,7, Səbaildə 4,4, Pirallahıda 0,3 faiz təşkil edib.

Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?