• 12 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9032 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3104

Ərəb dünyasında ilk dəfə atom stansiyası istismara verilib

14:42 01/08/20 | Dünya

Ərəb ölkələri arasında ilk dəfə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) atom stansiyası istismara verilib.

Azadaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, BƏƏ-nin Baş naziri və Dubayın hakimi Məhəmməd bin Rəşid əl Maktum ərəb dünyasında ilk dəfə olaraq Abu-Dabidə “Baraka” atom stansiyasının istismara verildiyini bəyan edib.

Baş nazir bildirib ki, dörd atom elektrik stansiyasından ibarət olan "Baraka" ölkənin enerji ehtiyacının ¼-ni təmin edəcək.

O, atom stansiyalarının istifadəsinin və kosmosun öyrənilməsinin ərəblərin elm sahəsində nəyə qadir olduqlarının və başqa böyük xalqlarla rəqabətə girə biləcəklərinin göstəricisi olduğunu vurğulayıb.

Qeyd edək ki, "Baraka" Atom Elektrik Stansiyası ümumi gücü 5,6 meqavatt olan dörd enerji blokundan ibarət olacaq.

Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?