• 12 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9032 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3104

İsmayıllıda karantin qaydalarına nəzarətlə bağlı reydlər davam edir

16:00 01/08/20 | Sosial

İsmayıllı rayonunda koronavirus pandemiyasına qarşı tətbiq olunan karantin rejimi qaydalarına vətəndaşlar tərəfindən riayət olunmasına nəzarət məqsədilə keçirilən reydlər davam edir.

Rayon icra hakimiyyətindən bildirilib ki, modul qruplar tərəfindən gün ərzində ticarət və iaşə obyektlərinə, insanların sıx toplaşdıqları yerlərə keçirilən reydlər zamanı maarifləndirici söhbətlər aparılır, pandemiyanın yaratdığı və yarada biləcəyi təhlükələr izah edilir, pulsuz maskalar paylanılır.

Təkcə üç gün ərzində rayonda 700-dən çox obyektdə reyd keçirilib. Onlardan 21-nin sahibinə xəbərdarlıq olunub. Habelə karantin rejiminin qaydalarına əməl etməyən 600 nəfərdən çox vətəndaşa xəbərdarlıq edilib, 7 nəfərə cərimə protokolu yazılıb.

Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?