• 2018.11.21

“Alibaba” kompaniyasının rəhbəri daha bir il öz postunda qalacaq

Baxış sayı: 53
08:00 10/09/18 | Gündəm

“Alibaba” elektron ticarətinin yaradıcısı və rəhbəri Cek Ma (Ma Yun) düz bir ildən sonra postunu tərk edəcək. O, 2019-cu il sentyabrın 10-da öz səlahiyyətlərini Daniel Cana (Can Yun) təhvil verəcək.

Azadaz TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Alibaba Group” kompaniyasına məxsus “South China Morning Post” qəzeti məlumat yayıb. “Bu gün “Alibaba” kompaniyasının 19 yaşı tamam olur. Direktorlar şurasının qərarına əsasən, düz bir ildən sonra idarə heyətinin sədri vəzifəsini tərk edəcəyəm”, - deyə biznesmen bildirib.

Cek Ma postunu tərk etdikdən sonra kompaniyanın direktorlar şurasının heyətində qalacaq və azı 2020-ci ilə qədər onun idarə olunmasına nəzarət edəcək.

Xatırladaq ki, Cek Ma 1999-cu ildə Hançjou şəhərində “Alibaba” şirkətinin əsasını qoyub və onu dünyada elektron ticarət və rəqəmsal ödəmə ilə məşğul olan ən böyük kompaniyaya çevirib. 2017-ci ildə varidatı 30 milyard dollar həcmində qiymətləndirilən biznesmen Çinin materik hissəsinin ən varlı şəxslərinin üçlüyünə daxil olub.