• 2018.11.14

Voleybol üzrə Azərbaycan yığması Kamerun millisinə qalib gəlib

Baxış sayı: 29
04:30 11/09/18 | İdman

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Sloveniyada davam etdirir.

Azadaz xəbər verir ki, millimiz hazırlıq prosesi çərçivəsində Kamerun yığması ilə yoxlama oyunu keçirib. Görüş millimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Voleybolçularımız sentyabrın 12-də Vətənə qayıdacaqlar. Bakı toplanışı çərçivəsində millimiz Rusiyanın “Uraloçka” və “Dinamo Krasnodar” klubları ilə yoxlama oyununda gücünü sınayacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq.