• 2018.11.14

İspaniya yığması Xorvatiya millisinin qapısına altı cavabsız qol keçirib

Baxış sayı: 39
03:00 12/09/18 | İdman

Sentyabrın 11-də UEFA Millətlər Liqasının ikinci turuna yekun vurulub.

Azadaz xəbər verir ki, günün ən çox maraqla gözlənilən oyunu “Estadio Martinez Valero” stadionunda keçirilib. “A” liqasının 4-cü qrupunda yer alan Xorvatiya millisi İspaniya yığmasının qonağı olub. Görüş İspaniya millisinin böyük hesablı qələbəsi ilə başa çatıb (6:0). Meydan sahiblərinin heyətində Saul Niguez, Marko Asensio (2), Lovre Kaliniç (avtoqol), Rodrigo, Serxio Ramos, İsko fərqləniblər.

Bu liqanın 2-ci qrupunda yer alan İslandiya yığması isə Belçika millisini qəbul edib. Eden Hazard, Romelu Lukakunun (2) qolları sayəsində belçikalılar qələbə qazanıb.

Turun digər oyunlarında növbəti oyunlar keçirilib:

Bosniya və Herseqovina - Avstriya - 1:0

Finlandiya - Estoniya - 1:0

Macarıstan - Yunanıstan - 2:1

Moldova - Belarus - 0:0

San-Marino - Lüksemburq - 0:3.