• 2018.11.21

Sami Xedira “Yuventus” ilə yeni müqavilə imzalayıb

Baxış sayı: 43
05:00 12/09/18 | İdman

İtaliyanın “Yuventus” klubu almaniyalı futbolçu Sami Xedira ilə yeni müqavilə bağlayıb.

Azadaz xəbər verir ki, 31 yaşlı futbolçu daha iki il “Yuventus” klubunun şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.

Sami Xedira 2015-ci ildən Turin təmsilçisinin formasını geyinir. Bu illər ərzində futbolçu üç dəfə İtaliya A Seriyasını (2016-2018-ci), həmin illərdə İtaliya kubokunu və İtaliya Super kubokunun qazanıb. Ümumilikdə isə yarımmüdafiəçi “qoca sinyora”nın heyətində 113 oyunda meydana çıxıb, 20 dəfə fərqlənib və 14 məhsuldar ötürmə ilə yadda qalıb.