• 2018.11.21

Bu gün yeni “iPhone” smartfonları təqdim ediləcək

Baxış sayı: 84
14:30 12/09/18 | Gündəm

“Apple” şirkəti sentyabrın 12-də yeni “iPhone” smartfon modellərini nümayiş etdirəcək. Təqdimata bir sıra aparıcı KİV nümayəndələri dəvət olunub.

Azadaz xəbər verir ki, şirkətin Kaliforniyada yerləşən mənzil-qərargahında təşkil olunacaq təqdimatda 3 yeni “iPhone” modelinin nümayiş ediləcəyi gözlənilir. Bundan başqa, yenilənmiş “MacBook Air” noutbuku, “Apple Watch” saatı və ya “iPad” planşetinin təqdim ediləcəyi də istisna edilmir. Yeni qurğuların dəqiq texniki xüsusiyyətləri təqdimat zamanı məlum olacaq.

Yeni “iPhone” modellərinin nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.