• 2018.11.21

Azərbaycan neftinin bir barrelinin qiyməti 87 dolları keçib

Baxış sayı: 49
23:00 03/10/18 | İqtisadiyyat

Azərbaycan neftinin qiyməti bahalaşır.

Azadaz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar bahalaşaraq 87,10 dollar təşkil edib. Azərbaycan neftinin bir barreli sonuncu dəfə 2014-cü il noyabrın əvvəlində 87 dollardan baha satılıb.

Qeyd edək ki, “Azeri Light”ın bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.