• 2018.11.21

FAİQ QARAYEV İSTEFA VERDİ

Baxış sayı: 45
02:00 12/10/18 | İdman

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.

 

Bu barədə "Report”a Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat xidmətindən məlumat verilib. 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.

 

O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək.

 

F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.