• 2018.11.21

“Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kitabı Prezidentə təqdim olundu

Baxış sayı: 94
11:00 14/10/18 | Diaspora

Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş “Çingiz Aytmatov və müasir dövrün çağırışları” İssık Kul forumunun Bişkek şəhərindəki bir nömrəli Prezident iqamətgahında açılışı olmuşdur.

Azadaz-ın məlumatına görə, dünyanın 25 ölkəsindən 160-dan çox tanınmış siyasətçi, ədəbiyyatçı, futuroloq, kinotənqidçi, rəssam, müxtəlif sahələri əhatə edən alim və tədqiqatçıların qatıldığı tədbirdə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov da iştirak etmişdir. Tədbiri açan Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov öz çıxışında məhv olan ekologiya, təbiətlə harmoniyada yaşamaq tərzi, millətlərarası sabitlik, ölkələr arasında inteqrasiyanın möhkəmləndirilməsi mövzularını müzakirəyə çıxarmağı məsləhət görüb. Dövlət başçısı deyib ki, adı çəkilən problemlər neçə illər bundan əvvəl böyük yazıçı Çingiz Aytmatov tərəfindən dilə gətirilib. Tədbir çərçivəsində türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovla görüşmüdür. Fondun Prezidenti görüş zamanı Qırğızıstan Prezidenti Sooronbay Jeenbekova fondun sifarişi ilə tərcümə edilib nəşr edilmiş Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai siyasi şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə sektorunun müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyevin müəllifi olduğu “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kitabını təqdim etmişdir. Görüşdə dunya şöhrətli Qazax yazıçısı, Türk dünyasının fəxri Oljas Suleymenov da iştirak etmişdir. Fondun rəhbəri kitab haqqında Dövlət başçısına qısa məlumat vermişdir. Qeyd edək ki, pulsuz yayılması nəzərdə tutulan kitabı qırğız dilinə tanınmış tərcüməçi – şair Mukan Asanaliyev tərcümə etmişdir. Bundan başqa Nüsrət Məmmədov Qırğızıstanın Prezidentinə Çingiz Aytmatov haqqında fondun nəşr etdirdiyi bir neçə kitab daha təqdim etmişdir.

 “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kıtabının qırğız dilindəki nəşrini bu linkdən əldə etmək olar: http://www.nazarnews.kg/news/23145.