• 2018.11.21

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə “İki dahi şəxsiyyət” adlı film çəkilmişdir

Baxış sayı: 77
18:00 20/10/18 | Dünya

Azadaz xəbər verir ki, Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Ulu öndər Heydər ƏliyevÇingiz Aytmatova həsr olunmuş “İki dahi şəxsiyyət” adlı film çəkilmişdir. Filmin ideya müəllifi və rejissoru Qırğızıstanın əməkdar mədəniyyət xadimi Zamir Eraliyevdir. Filmdə Ulu öndərin türk dünyasının birləşməsində olan misilsiz xidmətlərindən söz açılır. Bildiyimiz kimi 2008 ci ildə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun təşəbbüsü və təşkilatçılığı ilə dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Azərbaycana səfəri təşkil olunmuşdur. Filmdə Ç.Aytmatovun Azərbaycana səfəri geniş işıqlandırılmışdır. Titrlərdə, yaradıcılıq qruppası filmin ərsəyə gəlməsinə dəstək vermiş Qırğızıstan Respublikası Prezident aparatının rəhbəri Dosalı Esenaliyevə, Qırğızıstan Dövlət Kadr xidmətinin direktoru Akram Madumarova, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin şöbə müdiri, polkovnik Səftər Hacıyevə, Azərbaycan Respublikası Prezident administrasiyasının mətbuat xidməti şöbəsinin çəkiliş bölməsinin müdiri Ədalət Abbasova, Azərbaycan Prezidenti Administrasiyası ictimai siyasi şöbənin xaricdə yaşayan azərbaycanlılarla iş böməsinin müdiri Qafar Əliyevə, Bişkekdə fəaliyyət göstərən AQUA LAB firmasına və Lina firmasına öz təşəkkürünü bildirir. Filmin təqdimatı fondun Bakıda keçirməyi planlaşdırdığı silsilə tədbirlər çərçivəsinə həyata keçiriləcəkdir. Xatırladaq ki Fond bu il noyabr ayının 17-20 tarixində Qırğızıstanın, Qazaxıstanın, Rusiyaın tanınmış dövlət, siyasi, elm və ədəbiyyat xadimlərinin iştirakı ilə “Türk dünyasının iki dahi oğlu” adı altında silsilə tədbirlər keçirməyi nəzərdə tutur.