• 2018.11.21

Bakı Azərkitab Mərkəzində Skandinaviyalı gənclərlə tədbir olacaq

Baxış sayı: 65
08:00 28/10/18 | Diaspora

Azadaz xəbər verir ki, 2018-ci il oktyabırın 28-də Humas Gənclər Təşkilatının sədri Siyavuş Derəxti və Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyevin təşkilatçılığı ilə İsveç kralığında, Norveçdə və ABŞ-da yaşayan 20-dən çox gənc Azərbaycan Respublikasına səfərə gəlmişdir. Bu səfərin təşkilatcılarının əsas məqsədi ilk öncə, Azərbaycanı tanıtmaq, gənc və müstəqil dövlətin yeritdiyi daxili və xarici siyasətin mahiyyətini, onun iqtisadi, turizm potensialını, tarixini, mədəniyətini, idmanını, ən əsas isə gənclərin necə yaşamasını, təhsil almasını Avropa, Amerika və dünyanın başqa dövlətlərindən gəlmiş gənclərə  öyrənməktən  ibarətdir.                                                                                                  

Gənc Politoloqlar Mərkəzi 1998-ci ildə yaranmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Keçən müddət ərzində təşkilatımız bir çox layihələr həyata keçirərək gənclərin dövlətçilik, milli-mənəvi dəyərlər və hərbi-vətənpərvərlik tərbiyəsində aktiv iştirak etmişdir. Bu müddət ərzində dövlət və qeyri-hökümət təşkilatları ilə sıx əməkdaşlıq edərək, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Gənclər Fondunun ayırdığı qrant layihələri əsasında respublikamızın ərazisində bir çox layihələr həyata keçirmişik. Azərbaycan Respublikasının yeritdiyi daxili və xarici siyasəti, olkəmizdə mövcud olan dini tolerantlıq və multikulturalizm mühitini, aparılan uğurlu iqtisadi, siyasi və hüquqi islahatların, eləcə də gənclər siyasətinin, Dağlıq Qarabağ probleminin mahiyyətini və danışıqlar prosesinin gedişini İsveç Krallığında yaşayan gənclərə çatdırmaq məqsədi ilə 2018-ci il oktyabrın 28 dən noyabrın 4-nə qədər 20-dən artıq gənclər təşkilatçılar tərəfindən Azərbaycan Respublikasına dəvət olunmuşdur. Nəzərdə tutulmuş səfər proqramı çərçivəsində gənclərin Fəxri Xiyabana, Ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə, Şəhidlər xiyabanına baş çəkməsi, Bakı Kitab Mərkəzində “Skandinaviya - Azərbaycan əlaqələrində gənclərin rolu” mövzusunda konfrans, “İsveç-gəncləri Dağlıq Qarabağ mövzusunda nə bilir” mövzusunda dəyirmi masa keçirilməsi, bundan əlavə qonaqların Heydər Əliyev Mərkəzi, Bakı Multikulturalizm Mərkəzi, məscid, kilsə və sineqoq və başqa dini oçaqlar, məbədlər, Dövlət İdarəçilik Akademiyası, Ali Diplomatiya Akademiyası, Ali Neft Məktəbi, Bakı şəhəri 132-134 saylı tam orta məktəb, Quba rayon Soyqırımı və kütləvi məzarlıq abidəsi, Qırmızı Qəsəbə və Xınalıq kəndi və s. yerlərə baş çəkməsi nəzərdə tutulmuşdur. Səfər xərcləri təşkilatçılar tərəfindən ödənilir.

29 oktyabr 2018-cı ildə Bakı Azərkitab Mərkəzində "Skandinaviya - Azərbaycan əlaqərində gənclərin rolu" mövzusunda konfrans keçiriləcək. İştirak etmək istəyən gənclər 29 oktyabrda saat 11:00 da konfransa dəvət olunur.

Bakı şəhəri, Gənc Politoloqlar Mərkəzi, 28 oktyabr 2018.