• 2018.12.15

Aşqabad da Bakıya açıq dəstək verdi: sizinləyik

Baxış sayı: 37
05:00 23/11/18 | Siyasət

İlham Əliyev: «Türkmənistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir»

Qurbanqulu Berdiməhəmmədov: «Biz qardaş Azərbaycanı daim dəstəkləyirik»

Azadaz xəbər verir ki, Prezident İlham Əliyev bu həftə ərzində daha bir uğurlu rəsmi səfərini Türkmənistana reallaşdırdı. Səfər çərçivəsində dövlətmizin başçısının Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü oldu. Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

Dövlət başçıları tərəfindən birgə bəyanat da imzalandı. Bu bəyannamə iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını xarakterizə edir. Liderlərin imzaladığı birgə bəyanatda mühüm məqamlara toxunuldu:
- Dövlət başçıları dost ölkə olan Azərbaycan Respublikası və Türkmənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bir daha təsdiqlədilər;
- Prezidentlər suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini qeyd etdilər.