• 2019.06.27

Həştərxan vilayətinin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

13:00 19/12/18 | Siyasət

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyub.

Azadaz xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra qonaqlar dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.