• 2019.03.23

Qazaxıstanda Azərbaycan SSENARİSİ İŞƏ SALINDI

Baxış sayı: 39
10:00 08/01/19 | Xarici Siyasət

Yanvarın 1-də Qazaxıstanın Karakanda şəhərində “Qədim Roma” adlı restoranda ermənilər 23 yaşlı gənci vəhşicəsinə qətlə yetirib.

Azadaz xəbər verir ki, hadisə ilə bağlı Kair Nadirbekov, Toqrom Malxasyan və Soxak Maxasyan saxlanılıb. Nareka Quruyan adlı erməni isə axtarışa verilib.

Bu hadisə Qazaxıstanda ciddi ictimai narazılığa səbəb olub. Yerli sakinlər cinayətkarları cəzalandırmağı tələb edir.

Lakin Ermənistanda bu hadisəni yeni “Sumqayıt təhlükəsi” olaraq təqdim edirlər. 1988-ci ildə Sumqayıtda ermənilər Azərbaycana qarşı təxribat qırğınları törətdi. Azərbaycan dilini təmiz bilən erməni təxribatçı qrupları şəhər sakini olan erməniləri qətlə yetirdi, ardınca kütləvi iğtişaşlar başlandı. Ermənilər bu gün də Sumqayıtda onlara qarşı “kütləvi qırğın” törədildiyi iddiası ilə dünyanın zəhləsini tökməkdədir.

Bu baxımdan, Qazaxıstanda baş vermiş məişət hadisəsinin Ermənistan mediasında yeni “Sumqayıt təhlükəsi” olaraq təqdim edilməsi diqqət çəkir.

Erməni şərhçi iddia edir ki, “qazaxlar sosial şəbəkələrdə ermənilərə ölüm çağırışları edirlər”. Hərçənd bu haqda fakt yoxdur, yerli əhali gəncin ölümünə görə cinayətkarların qanun qarşısında cəzalandırılmasını tələb edirlər. Hadisə ilə bağlı şəhərin mərkəzində kütləvi aksiya da keçirilib. Etirazçıların tələbi hadisənin düzgün araşdırılmasıdır. Bununla yanaşı, Qazaxıstan gəncləri ermənilərin türklərə qarşı gizli hücumlar təşkil etdiyini, bu hadisənin də həmin hücumların nəticəsi olduğunu bəyan edirlər.

Erməni şərhçi isə iddia edir ki, “problemlər dövlətlərarası münasibətlər səviyyəsində həll edilməsə yeni “Sumqayıt” təkrarlana bilər”. Hətta o, bir az da irəli gedərək, aksiyaları Azərbaycan lobbisinin təşkil etdiyini də iddia edir.

Bu, faktiki olaraq ermənilərin klassik üsluba söykənən iddialarıdır. Burada əsas məsələ yerli sakinlərin hadisəyə haqlı etirazı ermənilər tərəfindən siyasiləşdirilməsi və məhz “Sumqayıt təhlükəsi” olaraq təqdim edilməsidir. İstisna deyil ki, ermənilər Azərbaycandan sonra daha bir türk ölkəsinə - Qazaxıstana qarşı təxribat planları qurublar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində Qazaxıstanın tutduğu mövqe, xüsusilə Qarabağın işğalı faktını gündəmə gətirərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ermənilərin oyunlarını pozdu. Mümkündür ki, bu təxribat geosiyasi səviyyədə Qazaxıstan prezidenti Nursultan Nazarbayevə qarşı qisas aktı olaraq istifadə edilə bilər. Hadisənin siyasiləşdirilməsinin arxasında da bu amilin olması ehtimalı ola bilər.