• 29 Noyabr 2020

Milli Xalça Muzeyi tərəfindən onlayn formatda tədbirlər keçiriləcək

07:30 14/11/20 | Mədəniyyət

Noyabrın 16-17-də Azərbaycan Milli Xalça Muzeyi ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi, görkəmli alim, üç cildik “Azərbaycan xalçası” fundamental əsərinin müəllifi, Xalq rəssamı Lətif Kərimovun doğum günü münasibətilə isə onlayn formatda silsilə tədbirlər keçirəcək.

Azadaz xəbər verir ki, “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar”, “Tanınmış simalarla virtual tur” layihələri, muzeyin kolleksiyasında qorunan sənət incilərinin müxtəlif rakurslarda öz əksini tapdığı fotolar əsasında hazırlanan videoçarx təqdim olunacaq. Eyni zamanda, iştirakçılar canlı olaraq xalça kəsimi mərasimini izləyəcək, azərbaycanlı və xarici xalça mütəxəssislərinin görkəmli alim Lətif Kərimovla bağlı xatirələri, muzeyin “səhnəarxası” işi ilə tanış olacaqlar. Hər zaman olduğu kimi, bayram həftəsində azyaşlı izləyicilər də diqqətdən kənarda qalmayacaq.

İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?