• 29 Noyabr 2020

Ermənilərin Füzuliyə atdığı "Tochka U" raketi

11:42 19/11/20 | Gündəm

Füzuli rayonunun yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən atılan "Tochka U" raketinin qalıqları jurnaistlərə təqdim edilib.

Raket barədə açıqlama verən ANAMA əməkdaşı Musa Məmmədov bildirib ki, adıçəkilən silah "Tochka U" sisteminin 9M79 raketidir: "Raket oktyabrın 9-da gecə saat 10-11 radələrində Füzuli rayonuna atılıb. Raketin uçuş məsafəsi maksimum 120 kilometrdir. Düşmən öz müdafiəsinin dərinliyindən bu əraziləri vura bilib. Raketin təyinatı əsasən canlı qüvvə, kommunikasiya, vacib obyektlərin məhv edilməsidir. Raket öz təyinatı üzrə yerə 20 metr qalmış məsafədə partlayır, 14 min 500 ədəd yarımhazır qəlpələrə bölünür. Qəlpələr 2-3 hektar ərazidə məhvetmə qabiliyyətinə malikdir. Raketdə 162,5 kiloqram partlayıcı var ki, trotillə bərabər çəkisi 200 kiloqrama malikdir. Raket bir neçə yüz metr aralıda partlayır, qəlpələr yayılandan sonra qalıq hissə yerə düşür".

M.Məmmədov bildirib ki, raket əkin sahəsinə düşdüyündən yaxınlıqdakı yaşayış məntəqələrinə ziyan dəyməyib.

İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?