• 29 Noyabr 2020

Astara düyüsü bazarlarda bol olacaq

16:15 19/11/20 | İqtisadiyyat

Cənubdan xoş soraqlar

Astara rayonunun çəltik sahələrində məhsul yığımı başa çatıb. Firavan həyat naminə torpağa can verib bəhrə götürən əmək adamları əkib-becərdiyini vaxtında yığıb-yığışdırıb. Yetişən çəltiyin bir sünbülü belə itkiyə getməyib. Nəticədə bütövlükdə rayon üzrə cari təsərrüfat ilində çəltikçilikdə göstərici əvvəlki illərdən artıq olmuşdu. Belə ki, rayonda əkilən 204,6 hektar çəltik sahədən ümumilikdə, 843,6 ton keyfiyyətli Astara düyüsü tədarük edilib.

Çəltikçilik rayonda ənənəvi kənd təsərrüfatı sahəsidir. Ondan əldə olunan gəlir həmişə yüksək olur, insanların gün-güzəranına müsbət təsir göstərir. Odur ki, burada çəltikçiliyə göstərilən maraq ildən-ilə artır. Rayonda ekoloji cəhətdən təmiz, keyfiyyətli məhsul yetişdirmək üçün həm də yaxşı imkan və şərait vardır. Bildirmək istəyirəm ki, Astarada məhsul istehsalçıları əsasən çəltiyin “Haşimi”, “Sədri”, və “Apolla” növlərinə üstünlük verirlər. Keyfiyyəti yüksək olan bu düyü növləri dadına görə də fərqlənir.

Yeni sağlamlıq ocağı əhalini razı salır

Masallı rayonunda insan amilinə hesablanmış tədbirlərin sayı durmadan artır. İndi burada dövlətin diqqət və qayğısi ilə öz həllini tapmamış sosial məsələ demək olar ki, yoxdur. Son illər isə rayon sakinlərin sağlamlığının qorunması istiqamətində aparılan daha əhəmiyyətli işlər görülür. Kənd yerlərində yeni sağlamlıq ocaqların təşkilinə xüsusi fikir verilir.

Xalqımızın bu möhtəşəm zəfərli günlərində rayonun Yeddioymaq ərazisində həkim məntəqəsinin yeni binası qapılarını kənd sakinlərin üzünə açmışdır. Tibb ocağı bütün müasir avadanlıqlarla təmin olunub. Daha dəqiq desək, yeni həkim məntəqəsində yaradılan şərait heç də mərkəzi xəstəxanalardan geri qalmır. Əhali bunu ərazidə zəfərli günlərinin ən əlamətdar hadisəsi bilir. Kənddə açılan yeni məntəqənin hesabına balaca xəstəliyi olanlar uzağa getmədən, əlavə vəsait xərcləmədən buraya gəlir, keyfiyyətli müayinə və müalicə ala bilirlər.

Artıq sağlamlıq ocağından istifadə edənlər göstərilən nümunəvi xidmətdən çox razıdırlar. Onların sağlamlığının qorunmasına göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirirlər.

Həm də həkim məntəqəsinin tikintisində qırmızı kərpicdən istifadə olunduğu üçün yaraşıqlı görkəmi ətrafına xüsusi görkəm verir, diqqəti istər-istəməz cəlb edir.

Zəfər ORUCOĞLU

İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?