• 29 Noyabr 2020

Lavrov və Zərifdən Qarabağ görüşü

06:30 20/11/20 | Siyasət

23 noyabrda Rusiya və İranın Xarici işlər nazirləri Moskvada görüşəcək.

Azadaz xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bildirib.

Onun sözlərinə görə, Sergey Lavrov və Məhəmməd Cavad Zərif Qarabağ və Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPO) ətrafında vəziyyəti müzakirə edəcək.

"23 noyabrda İran Xarici işlər naziri Moskvada səfərdə olacaq və bu müddətdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə danışıqlar aparacaq. Dağlıq Qarabağ bölgəsindəki vəziyyət və Birgə Hərtərəfli Plan daxil olmaqla, bir sıra aktual beynəlxalq mövzularda fikir mübadiləsini davam etdirmək planlaşdırılır. İranın nüvə proqramı ilə əlaqədar fəaliyyətləri, Suriyadakı vəziyyət, Əfqanıstan, Fars körfəzindəki vəziyyət də gündəliyə daxildir ", - sözçü bildirib.

Zümrüd

İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?