• 29 Noyabr 2020

Paris şəhər merinin separatçı rejimi tanıması istəyi Makronun antiazərbaycan münasibətinin təzahürüdür

07:00 20/11/20 | Siyasət

44 günlük ikinci Qarabağ savaşı, Vətən müharibəsi dövründə Azərbaycanın, Azərbaycan dövlətinin, şəxsən Cənab Prezident Ilham Əliyevin ortaya qoyduğu siyasi iradə, qətiyyət, bütün bunlarla yanaşı müqəddəs mübarizədə beynəlxalq təzyiqlərə boyun əyməyərək öz haqq işini uğurla davam etdirib, istədiyi nəticəyə nail olması ermənilərin ikinci vətəni sayılan Fransaya, xüsusilə də bu ölkənin zövqsüz, baş qaxınci və ərköyün prezidenti olan Emmanuel Makrona o dərəcədə təsir edib ki, indi Makron hansısa formada rəsmi Bakıdan bunun qisasını almağa çalışır. Hələlik Fransa rəhbərinin istəyi fonunda Azərbaycana qarşı atılan ilk qanunsuz, beynəlxalq hüquqa zidd addım Paris şəhər meri tərəfindən separatçı Dağlıq Qarabağ "Respublikası"nın tanınmasıdır. İddia edilə bilər ki, Fransa demokratik ölkədir və Fransa prezidentinin şəhər meriyasına heç bir təzyiqi mümkün deyil. Ancaq bu tamamilə absurd yanaşmadır. Fransanın nə dərəcədə "demokratik" bir ölkə olduğunu bir neçə il əvvəl bu ölkənin Senatında qondarma erməni soyqırımını tanımayanlara qarşı cəzanı nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılması zamanı gördük. Yaxud demokratik dəyərlərdən ağız dolusu danışan Makronun "sarı jiletlilər"ə qarşı amansız davranışını da qeyd edə bilərik. Bir sözlə Paris şəhər merinin separatçı rejimi tanıması istəyi birbaşa Makronun antiazərbaycan siyasətinin, münasibətinin təzahürüdür.

O ki qaldı Paris şəhər merinin belə bir qərarının Azərbaycana təsiri, yaxud bunun mənfi bir president kimi beynəlxalq aləmdə yayılmasına, tam əminliklə deyə bilərik ki, parislilərin bu beynəlxalq hüquq və normalara zidd addımları elə Parisdən kənara çıxmayacaq. Necə ki, bu ölkənin prezidenti Makronun 44 günlük müharibə zamanı Azərbaycana ünvanladığı çağırışlar bizim üçün milçək vızıltısı effekti verdi, eləcə də Paris şəhər meriyasının qərarına eyni aspektdən yanaşırıq. Hələ bir neçə il əvvəl avropalı parlamentariləri qəbul edərkən dövlət başçısı Cənab Ilham Əliyevin dediyi kimi bu cür qərarlar bizim üçün adi kağız parçasıdır və bizdə heç bir narahatlıq doğurmur.

Ümumiyyətlə isə Fransanın özündən, eləcə də onun hansısa şəhər meriyasından Azərbaycanın əleyhinə qərarların qəbul edilməsinə bundan sonra tez- tez rast gələcəyik və bunu adi qəbul etməliyik.

Bunun isə bir neçə səbəbi var. Birincosi, yuxarıda da qeyd etdiyimiz kimi Fransa ermənilərin ikinci vətəni hesab edilir və ona görə də rəsmi Paris maksimum səviyyədə Ermənistanı müdafiə edir, qəti ermənipərəst mövqe ortaya qoyur. Digər tərəfdən Fransanın başabəla prezidenti Emmanuel Makron da qatı erməni sevgisi ilə alışıb - yanan biri kimi tanınır. 44 günlük müqəddəs Vətən müharibəsi dövründə bunun əyani şahidi olduq. Hətta Makronun əlacı olsa əlinə silah alaraq separatçıların, işğalçı Ermənistanın tərəfində Azərbaycana qarşı döyüşərdi. Sadəcə onun hazırda prezident olması Makronun bu istək və arzusuna mane oldu.

İkincisi, ötən 30 ilə yaxın müddətdə Fransanın iri şirkətləri Azərbaycanın işğal altında olan ərazilərinə qeyri -qanuni olaraq külli miqdarda vəsait qoyub orada müxtəlif sahələrin, xüsusilə turizm və şərabçılığın inkişafına təkan veriblər. Təsadüfi deyil ki, bu günə qədər işğal altında olan ərazilərdə ən çox qeyri - qanuni fəaliyyətlə məşğul olan məhz Fransa şirkətləri olub. Həmin şirkətlərin Paris daxil olmaqla, Fransanın iri şəhərlərində fəaliyyət göstərdiyi məlumdur. Və həmin şirkətləri də işğal altında olan ərazilərimizdə qeyri - qanuni olaraq biznes fəaliyyəti ilə məşğul olmağa məhz şəhər metiyaları və bələdiyyələr sövq edib. Əgər xatirinizdədirsə hələ bir müddət əvvəl Fransanın 5 iri şəhər meriyası və bələdiyyələrinin təmsilçiləri işğal altında olan Azərbaycan ərazilərinə səfər edərək separatçıların lideri ilə görüşmüş, Qarabağda qeyri qanuni fəaliyyət göstərmək, sərmayə qoymaq barədə razılığa gəlmişdilər. Hətta fransızlar separatçılarla əməkdaşlıq sazişi də imzalamışdı. İndiki halda isə Azərbaycanın Şuşa daxil olmaqla işğal altında olan ərazilərini düşməndən təmizləməsi heç şübhəsiz ki, Dağlıq Qarabağda indiyə qədər qeyri-qanuni biznes fəaliyyəti ilə məşğul olan Fransa şirkətlərinin də sərmayələrinin batması deməkdir. Eyni zamanda Azərbaycanın əldə etdiyi tarixi qələbə Fransanın siyasi maraqları ilə yanaşı, həm də iqtisadi maraqlarına çox ciddi zərbədir. Çünki qeyd etdiyimiz kimi ötən illəır ərzində fransız şirkətləri Dağlıq Qarabağa qeyri-qanuni olaraq milyonlarla dollar sərmayə qoyublar. Təkcə işğaldan azad edilmiş Hadrut qəsəbəsində düşmənin tikdiyi şərab zavodunda 1 milyon dollarlıq məhsulun qaldığı bildirilir və erməni KİV-ləri bunu ürək ağrısı ilə qeyd edirlər. Bəzi erməni saytları isə həmin şərab zavodunun fransız sərmayədar tərəfindən inşa edildiyini yazır. Ona görə də indiki halda rəsmi Parisin narahatçılığı başa düşüləndir və Fransa öz qeyri-qanuni hərəkətləri, addımlarının bədəlini ödəyir. Bu sarsıdıcı zərbə isə Fransanı şəhər meriyaları səviyyəsində Azərbaycana qarşı təzyiqlərə vadar edir. Ancaq tam əminliklə deyə bilərik ki, bu kimi beynəlxalq hüquqa zidd addımların heç bir effekti olmayacaq və rəsmi Bakı Paris kimi, onun şəhər meriyalarının qərarlarını da ciddiyə almır.

Süleyman İsmayılbəyli

Milli Vəhdət Partiyasının sədr müavini

İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?