• 25 Noyabr 2020

Paşinyan kriminal aləmin nümayəndələrini etirazçı deputatların üstünə göndərir - Erməni deputat

12:36 20/11/20 | Dünya

Nikol Paşinyan müharibənin fəsadlarının açıqlanmasından qorxur.

Azadaz.com-un erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan deyib.

O bildirib ki, hələ Ermənistanın Dağlıq Qarabağ müharibəsində itkiləri 5 min həlak olan, 8 000-10 000 yaralı, çökmüş iqtisadiyyat, boş büdcə, beynəlxalq qüvvələrlə pozulmuş münasibətlər, biabırçı mənəvi-psixoloji mühitdir:

“Bu, faciədir və bunun günahkarı bir nəfərdir. O, “Mənim addımım” blokunu girov saxlayır. Paşinyan “Mənə qarşı danışan xaindir” deyərək öz partiya yoldaşlarını təhdid edir. Söz-söhbət gəzir ki, baş nazir kriminal aləmin nümayəndələrini deputatların üstünə göndərir”.

Azərbaycanda son sutkada 3646 nəfər COVID-19-a yoluxub, 1259 nəfər sağalıb, 34 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?