• 25 Noyabr 2020

Azərbaycanda oktyabrın 10-dan sonra koronavirusa yoluxma sayında 10 dəfə artım olub - ÜST

14:20 20/11/20 | Sosial

Azərbaycanda oktyabrın 10-dan sonrakı dövr ərzində COVİD-19-a yeni yoluxma sayında 10 dəfə artım müşahidə edilir.

Azadaz.com-un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Qış fəslinin gəlməsi ilə əlaqədar şimal yarımkürəsindəki bütün ölkələrdə artımın müşahidə edildiyini deyən H.Harmancı qeyd edib ki, bu, dünya, eləcə də Azərbaycan üçün önəmli məsələdir: “Xəstəlik təhlükəsi hələ davam edir. Biz bunu eşitməkdən yorula bilərik, amma virus insanları yoluxdurmaqdan yorulmadı. Digər dövlətlərdə olduğu kimi Azərbaycanda da vəziyyət ciddidir".

Azərbaycanda son sutkada 3646 nəfər COVID-19-a yoluxub, 1259 nəfər sağalıb, 34 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?