• 29 Noyabr 2020

Ağdamın azad edilməsi münasibəti ilə Qələbə yürüşü keçirilib

15:30 20/11/20 | Siyasət

Erməni işğalı altında olan Ağdam şəhərinin azad edilməsi sevincini yaşayan vətəndaşlarımız hazırda Bakının bir neçə ərazisində avtoyürüş keçirir.

Günorta saatlarından etibarən əllərinə Azərbaycan, Türkiyə və Rusiya bayraqları olan sakinlər Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafından başlayaraq üzü şəhər istiqamətində yürüş etməyə başlayıb.

30 il bu sevinci gözləyən sakinlər " Qarabağ bizimdir", "Ağdam azaddır" şüarlarını səsləndirirlər.

Digər yürüş isə Bakının Yasamal rayonunda Hüseyn Cavid bağı istiqamətində keçirilir.

Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzənmiş avtomobillər şəhərin bir sıra küçə və prospektlərindən keçərək Türkiyə və Rusiya səfirliklərinin qarşısına gedəcək.

İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?