• 29 Noyabr 2020

Qarabağda sülhməramlıların nəzarət etdiyi ərazilər – XƏRİTƏ

15:44 20/11/20 | Siyasət

Rusiya sülhməramlılar Dağlıq Qarabağda təmas xətti boyunca 22 post quraşdırıb. 

Azadaz.com xəbər verir ki, sülhməramlıların nəzarət edəcəyi ərazilərin sahəsi hesablanıb.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində işğal altındakı 11,4 min kvadrat kilometr ərazinin 3 716 kvadrat kilometri döyüşlər zamanı, 5 174 kvadrat kilometr isə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmasının bəndlərinə uyğun olaraq Ermənistan Ordusunun 1 dekabra qədər tam tərk edəcəyi ərazilərdir.

Beləliklə, Rusiya sülhməramlıları Dağlıq Qarabağın 3,1 min kvadrat kilometrlik hissəsində qərarlaşıb. Həmin əraziyə Xankəndi, Əsgəran, Xocalı, Ağdərə, Xocavənd kimi yaşayış məntəqələri daxildir.

Həmin bölgənin də yaxın illərdə vahid Azərbaycanın tərkibinə inteqrasiya olunması gözlənilir.

Rusiyalı sülhməramlıların nəzarət etdiyi kiçik ərazini çıxmaq şərtilə Azərbaycan işğal altındakı torplaqların 74,8%-ni işğaldan tam azad edib.

İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?