• 29 Noyabr 2020

Cəbhə xəttindən kənarda, yaşayış məntəqələrində həlak olmuş şəxslər şəhid hesab olunur - Nazirlər Kabineti

16:12 20/11/20 | Siyasət

Nazirlər Kabineti 453 №li Qərarına dair İzah verib.

Kabinetdən Azadaz.com-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə əsasən, yalnız Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər.

2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutması ilə yanaşı təmas xəttindən aralıda yerləşən Naftalan və Gəncə şəhərlərində dinc əhaliyə qarşı hərbi təxribat törətmiş və Qarabağdan kənarda yerləşən bu yaşayış məntəqələrində onlarla mülki vətəndaş həlak olmuş, yüzlərlə vətəndaş isə yaralanmışdır.

Respublikada yaranmış mövcud vəziyyətlə əlaqədar sözügedən ərazilərdə həlak olmuş mülki vətəndaşların şəhid hesab edilməsi məqəsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranmışdır.

Qərarda Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşların şəhid hesab edilməsi əks olunub.

İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?