• 19 Yanvar 2021

Makron Fransa tarixini unudub

10:55 24/11/20 | Siyasət

Əsli Kazımova: «Fransa ermənilərə torpaq vermək marağındadırsa,
Marsel şəhərini onlara bağışlaya bilər»

"Fransa bu gün Azərbaycanı qınamaqdan öncə, öz tarixinə bir dönüb baxsın". Bunu "Azad Azərbaycan"a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, Fransadakı bəzi dairələr Azərbaycanı Qarabağı Ermənistana "verməyə” çağırır: "Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Dağlıq Qarabağ probleminin onun iştirakı olmadan həll olunmasını həzm edə bilmir. Amma buna rəğmən müharibə zamanı tərəfləri danışıqlar masasına çağıran rəsmi Paris, bu kimi çağırışları ilə əsl niyyətinin regionda sülh və barışın təmin olunması olmadığını da, bəyan etmiş oldu. Bu məsələni bir dəfə Azərbaycan Prezidenti ilə müsahibədə də qaldırmışdılar. Prezident İlham Əliyev də, onlara 1870-1871-ci illərdəki Fransa-Prussiya müharibəsi nəticəsində Almaniya tərəfindən fransızlara aid Elzas və Lotaringiya vilayətlərini anneksiya etməsini xatırlatdı. O zaman Fransa öz ərazinin itkisi ilə nəyə görə razılaşmamışdı? Öz torpaqlarını geri qaytarmaq və Almaniyadan intiqam almaq naminə Fransada milli fikir və düşüncə dövrü başladı. Hazırda isə rəsmi Paris Azərbaycanın öz torpaqlarını geri alma, işğaldan azad etmə mücadiləsinə qarşı çıxır. Görünən o ki, Makron Fransa tarixini unudub. Amma Fransa ermənilərə bu qədər torpaq vermək marağındadırsa, Marsel şəhərini onlara bağışlaya bilər».

Partiya sədri qeyd edib ki, bu gün Azərbaycanı terrorçuları zərərsizləşdirməkdə günahlandıran Fransa 1945-ci ildə alman işğalından azad olan Fransına yenidən müstəmləkə mülkiyyətini qoruyub saxlamaq üçün yenidən fəal şəkildə güc tətbiq etməyə başlamışdı. Fransanın bu kimi addımlarının nəticəsində isə Vyetnam və Əlcəzairdə milyonlarla insan həlak olmuşdu. Fransa bu gün  Azərbaycanı qınamadan öncə, öz tarixinə bir dönüb baxsın.

Ümumiyyətlə hesab edirəm ki, hazırda Avropada islamafobiya böyük bir etiraz dalğasına çevrilib. Sadəcə Fransa deyil, bir çox Qərb ölkələri, Niderlandı da xüsusi qeyd etmək gərəkdir. İslamafobiyanın mərkəzi olaraq isə Türkiyə və Azərbaycanı hədəf alıblar. Hesab edirəm, Qərb ölkələrinin başlatdığı bu tendensiya Fransada başlayan etirazlarla bitməyəcək…”

Mərdan DOLĞUN

Xəzərin səviyyəsinin azalmasına səbəb olan amillər açıqlandı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?