• 19 Yanvar 2021

Makronun siyasi kumiri: Adolf Hitler

11:47 24/11/20 | Dünya

«Avropa bir dəfə valideynlərin uşaqlar vasitəsi ilə izlənməsini 20-ci əsrin 30-cu illərində yəhudi uşaqların üzərində təcrübədən keçirib. Bunun nə ilə nəticələndiyi dünyaya məlumdur». Bu sözləri politoloq Qabil Hüseynli müsəlman şagirdlərin izlənməsi üçün onlara kod çiplər birləşdirilməsi haqda Fransa parlamentinə təqdim edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsi haqda danışarkən deyib.

O bildirib ki, bu çiplər vasitəsi ilə məktəblilərin radikal dini qruplara cəlb olunması, valideynlərin bunda rolu izlənəcək: «Makron seçki təbliğatını rəqibi Marin Le Penin milliyyətçi mesajlarının tənqidi üzərində qurmuşdu. Amma Marin Le Pen də bu qədər radikal təkliflər irəli sürməmişdi. Makronun müsəlmanlara qarşı davranışları faşistlərin yəhudilərə qarşı davranışlarına bənzəyir. Bütün müsəlmanlar terrorçu deyil. Müsəlmanlar Avropa küçələrində özünü partlatmaq arzusunda da deyil. Digər tərəfdən, bu gün Yaxın Şərqdə, Əfqanıstanda və digər müsəlman ölkələrində bu və bu kimi terrorçu fəaliyyətləri dəstəkləyən qüvvələr Qərb ölkələridir. Bunu bütün dünya bilir».

Politoloq bildirib ki, görünür, Fransa prezidenti özünə siyasi kumir olaraq Adolf Hitleri görür: «Fransa parlamentinə təqdim edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsi ötən əsrin 30-40-cı illərində Nasist Almaniyasının yəhudilərə tətbiq etdiyi qayda ilə eynilik təşkil edir. Nasistlər də məhz yəhudi olan şəxsləri fərqləndirmək üçün onların qoluna sarğılar bağlayır, hətta bəzən bu şəxsləri damğalayırdı».

Q.Hüseynli qeyd edib ki, Makronun bir çox addımlarında bənzərlik bariz şəkildə ortadadır: «Fransa bu gün neonasizmin ən çox yayıldığı ölkələrdəndir. Görünür, Makron qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün uşaq qatili, soyqırım törədən, vandal ermənilərdən sonra indi də əli yəhudi xalqının qanına batan Adolf Hitlerin davamçıları neonasistlərin dəstəyini almaq istəyir».

NATİQ

Xəzərin səviyyəsinin azalmasına səbəb olan amillər açıqlandı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?