• 19 Yanvar 2021

Bəzi ermənipərəst dairələr "ölü" Minsk qrupunu dirçəltmək istəyindədir

12:20 24/11/20 | Siyasət

Partiya sədri: "Dünyada heç bir dövlət, o cümlədən Rusiya, Dağlıq Qarabağın Azərbaycanın əzəli və əbədi ərazisi olduğunu inkar etmir"

«Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun müzəffər yürüşü, şanlı qələbəsi qarşısında duruş gətirə bilməyən təcavüzkar, faşist, eyni zamanda miskin və qorxaq ermənilər, tam iflasa uğrayacaqlarını başa düşərək, atəşkəsin əldə olunması üçün Rusiya prezidenti Vladimir Putinə yalvararaq istəklərinə nail oldular». Bu fikirləri «Azad Azərbaycan»a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildiriib.

O qeyd edib ki, məlum 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin birgə Bəyanatı ilə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırıldığı elan edildi. Bu bəyanata uyğun olaraq münaqişə zonasında atəşkəsə nəzarət edilməsi Rusiyanın sülhməramlı qüvvələrinə həvalə edilmişdir. Eyni zamanda, atəşkəsə nəzarət Türkiyə ilə Rusiya silahlı qüvvələrinin birgə fəaliyyət göstərəcəyi Monitorinq Mərkəzi tərəfindən də həyata keçiriləcəkdir: «Atəşkəsin əldə olunmasında və buna sülhsevər Azərbaycanın razılıq verməsində əsas məqsəd, hələ də erməni işğalı altında olan əzəli və əbədi Azərbaycan torpaqlarının, əlavə itkilərə və dağıntılara yol vermədən, sülh yolu ilə azad edilməsidir. Dünyada heç bir dövlət (Ermənistan və onun Kim Kardaşyanla ekiz bacısı Fransa istisna olmaqla), o cümlədən Rusiya, Dağlıq Qarabağın Azərbaycanın əzəli və əbədi ərazisi olduğunu inkar etmir! Przident Putin son açıqlamalarında da dəfələrlə bunu açıq şəkildə elan etmişdir».

Partiya sədri qeyd edib ki, Bəyanatla əldə edilmiş razılaşmaya uyğun olaraq Ağdam rayonu artıq işğaldan azad edilib, Kəlbəcər və Laçın rayonlarında isə bu proses davam etməkdədir: «Ancaq Dağlıq Qarabağın ermənilərin nəzarətində qalan hissəsində – Xankəndində, Xocavənddə, Xocalıda, Ağdərədə erməni faşistləri "at oynadırlar". Onlar hələ də özlərini üzdəniraq "Arsax respublikasının" sahibi kimi aparırlar. Cinayətkar Arayik Arutyunyan hələ də özünü bu üzdəniraq "respublikanın" "prezidenti" hesab edir. O, rus sülhməramlılarla birlikdə dağılmış ərazilərin bərpasına rəhbərlik edir, qaçqın ermənilərin geri dönməsini təşkil və ona nəzarət etməkdədir! Bu cinayətkar, nəinki Azərbaycan torpaqlarında sərbəst hərəkət edir, istədiyi vaxt Ermənistana da gedir və burada özünü "Arsaxın prezidenti" kimi aparır. Erməni KİV-lərinin verdiyi məlumata görə Ermənistanda olan cinayətkar Arayik Arutyunyan son 5 gündə 25 min erməninin Qarabağa geri döndüyünü bildirib. Yayılan məlumatlardan göründüyü kimi, üzdəniraq "Arsax"ın digər "rəhbərləri" də, "iş başındadırlar".

T.Qənioğlu bildirib ki, işğalçı, təcavüzkar erməniləri bu cür hərəkətlərə "cəsarətləndirən" ərazidə fəaliyyət göstərən sülhməramlıların öz mandatlarını aşan hərəkətlərə yol verməsi, Fransa başda olmaqla bəzi ermənipərəst Qərb dairələrinin bədnam, "ölü" Minsk qrupunu dirçəldərək ən azı Dağlıq Qarabağın hələ də ermənilərin nəzarətində olan hissəsində separatçılara hansısa status verməyə cəhd etmələri, ermənilərə hansısa ümid vermələridir. Bu bədnam dairələr öz məkirli niyyətlərinin baş tutmasında qüvvətli, qalib Azərbaycanla birlikdə Türkiyəni başlıca maneə hesab edirlər. Ona görə də, bütün qüvvələrini cəmləyərək, 2+2 (Azərbaycan-Ermənistan + Türkiyə-Rusiya) formatından  artıq böyük ölçüdə həll onunmuş Dağlıq Qarabağ münaqişəsini yenidən qızışdırmağa, Türkiyəni bu prosesdən uzaqlaşdırmağa, problemin "həllini" yenə də öz inhisarlarına almağa (?) cəhd edirlər. Ancaq qəti inanırıq ki, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi ilə hərb meydanında qəti qələbə çalan Azərbaycan, onların bu cəhdlərinin qarşısını qətiyyətlə alacaq, diplomatik-siyasi meydandan da, yenə də Türkiyənin dəstəyi ilə, qələbə çalaçaq, hələ də mənfur düşmənlərin tapdağı altında olan torpaqlarımızda separatçılığa birdəfəlik son qoyacaqdır! 

Bilman İSAQ

Xəzərin səviyyəsinin azalmasına səbəb olan amillər açıqlandı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?