• 19 Yanvar 2021

Həftə sonları onlayn xidmətlər də dayandırılır

12:50 24/11/20 | Sosial

DİN siqaret qadağasına aydınlıq gətirdi: siqareti müəyyənləşdirilmiş yerlərdə çəksinlər

“Həftə sonları onlayn xidmətlər də dayandırılır". Bu barədə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, ölkə ərazisində dekabrın 28-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən sahələrin fəaliyyətinə məhdudiyyət tətbiq olunmur: "Ərzaq mağazalarını gündəlik qida məhsulları ilə təmin edən sahələr var ki, onların fəaliyyətinə qadağa yoxdur".

E.Hacıyev kafe və restoranların onlayn fəaliyyətinə icazə ilə bağlı suala gəlincə isə bildirib ki, buna dair məhdudiyyət mövcuddur: “Kafe, restoranlar, eləcə də digər obyektlərin fəaliyyətində onlayn xidmətə icazə verilmir".

Bu arada DİN siqaret qadağasına da aydınlıq gətirib. Açıq havada maskanı çıxarıb siqaret çəkən şəxslərin cərimələnməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar bildirilib ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz: “Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Vətəndaşlar yalnız məcburiyyət qarşısında qaldıqda bunlardan istifadə edə bilərlər. Su içdikdən, qida qəbul etdikdən sonra dərhal maska burun və ağzı bağlamaqla taxılmalıdır. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər.

Xatırladaq ki, Operativ Qərargahın yaydığı məlumatda bildirilmişdi ki, ölkə ərazisində dekabrın 28-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılacaq. Qərarda onlayn xidmətlə bağlı isə heç bir məlumat yer almamışdı.

Əlavə edək ki, sosial mediada yayılan məlumatlara görə, 21 və 22 noyabr ərzində onlayn xidmət göstərən bir neçə kafe, restoran sahibləri cərimələniblər.

Dəmir QURBANLI

Xəzərin səviyyəsinin azalmasına səbəb olan amillər açıqlandı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?