• 19 Yanvar 2021

İspaniya portalı: Kəlbəcərdəki tarixi abidələr - məscidlər, kilsələr Azərbaycanın böyük sərvətidir

05:30 01/12/20 | Dünya

İspaniyanın böyük oxucu kütləsinə malik “Patrimonio Actual” internet portalında Azərbaycanın noyabrın 25-də işğaldan azad edilən Kəlbəcər rayonu barədə məqalə dərc olunub.

Azadaz xəbər verir ki, yazıda Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətinə istinad olunur. Bildirilir ki, Kəlbəcər Azərbaycanın qədim torpağıdır və ərazisinə görə Azərbaycan Respublikasının ən böyük rayonlarından biridir.

Xüsusi olaraq vurğulanır ki, Kəlbəcərdəki tarixi abidələr - həm məscidlər, həm kilsələr Azərbaycanın böyük sərvətidir.

Diqqətə çatdırılır ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına məxsusdur və bu fakt öz təsdiqini tarixi sənədlərdə tapıb.

Eyni zamanda, qeyd olunur ki, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər.

Prezident İlham Əliyevin çıxışına istinadən bildirilir ki, Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq Ermənistanın başlıca məqsədi idi, lakin Azərbaycan Ermənistanın bu məkrli planının qarşısını aldı. Azərbaycanda qədim Qafqaz Albaniyanın tarixinin, mədəni irsinin öyrənilməsi və tədqiqi üçün kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır.

Nigar Cəfərli

Xəzərin səviyyəsinin azalmasına səbəb olan amillər açıqlandı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?