• 19 Yanvar 2021

Ərəb telekanalları Azərbaycan Ordusunun Laçına daxil olması barədə reportajlar yayıb

11:00 01/12/20 | Dünya

Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ərəb ölkələrinin televiziya kanallarının da diqqət mərkəzindədir.

Azadaz xəbər verir ki, “Əl-Hədat”, “Əl-Cəzirə”, “Əl-Məmləkə”, “Əl-Ərəbiyyə” və “Extranews” telekanalları şanlı Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ilə bağlı kadrlarını əks etdirən reportajlar yayımlayıb.

Reportajlarda qeyd olunub ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Bəyanatın şərtlərinə uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Laçın rayonuna daxil olub.

Diqqətə çatdırılıb ki, 44 gün davam edən və Ermənistanın kapitulyasiya aktı imzalaması ilə başa çatan döyüşlərdən sonra işğalçı ölkə son bir ay müddətində Ağdam, Kəlbəcər və Laçın rayonlarını azad etməyə məcbur edilib.

Oqtay Bayramov

Xəzərin səviyyəsinin azalmasına səbəb olan amillər açıqlandı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?