• 19 Yanvar 2021

GUAM ilə İsrail arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq

11:30 01/12/20 | Siyasət

GUAM ilə İsrail arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.

Azadaz xəbər verir ki, bu barədə dekabrın 1-də GUAM-ın Milli Əlaqələndiricilər Şurasının videokonfrans formatında keçirilən 54-cü iclasında məlumat verilib.

Dekabrın 8-də GUAM-ın Milli Əlaqələndiricilər Şurası ilə İsrailin Nəqliyyat Nazirliyi arasında videokonfrans formatında keçiriləcək iclasda əməkdaşlığa dair memorandumun imzalanması nəzərdə tutulub. Artıq sənədin imzalanması üçün yekun razılaşma işləri aparılıb. İsrail ilə GUAM-a üzv ölkələri arasında ikitərəfli müzakirələr də aparılıb.

Videokonfransda Azərbaycan tərəfini Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

Emil Hüseynli

Xəzərin səviyyəsinin azalmasına səbəb olan amillər açıqlandı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?