• 28 Yanvar 2021

“Sabah”ın daha 5 futbolçusu koronavirusa yoluxub

13:33 04/12/20 | İdman

“Sabah” klubunda daha 5 futbolçu koronavirusa yoluxub. Paytaxt təmsilçisində ümumi yoluxma sayı artıq 8-ə yüksəlib.

Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Sezar Rodriges bir neçə gündür bu üzdən karantinə alınıblarsa, onlara artıq Nikola Vuyadinoviç, Ozan Can Kökçü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubemba da qoşulub. Son testin nəticələri adıçəkilən futbolçularda pozitiv çıxıb. Həmçinin Diniyev, Koçuk və Rodrigesin də cavabları yenə pozitiv olub.

Qeyd edək ki, Premyer Liqanın XII turunda dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” matçı təxirə salınıb.

Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?