• 28 Yanvar 2021

Teymur Rəcəbov Aronyanı devirərək, “Airthings Masters”in qalibi oldu

21:10 03/01/21 | İdman

Bu gün onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə yekun vurulub.

Azadaz.com-un məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov yarışın qalibi adını qazanıb. 

34 yaşlı şahmatçı finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. İlk görüşdə 2,5:1,5 hesabı ilə qələbə qazanan həmyerlimiz bu gün ikinci dueldə də rəqibinə gücünü göstərib. Rəcəbov 3 görüşdən (2:1) sonra çempion tituluna yiyələnib. 4-cü matçın heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb. Çünki Aronyan qalib gələcəyi halda belə qrossmeysterimiz iki günün nəticəsinə əsasən heç-heçə sayəsində də birinci olacaqdı. 

Teymur bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub.

Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?