• 28 Yanvar 2021

Azərbaycanda 1 879 nəfər COVID-19-dan sağalıb, 532 nəfər yoluxub, 24 nəfər vəfat edib

16:51 08/01/21 | Sosial

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1 879 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azadaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 223 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 205 406 nəfər müalicə olunaraq sağalıb, 2 869 nəfər vəfat edib, aktiv xəstə sayı 15 142 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 383, ötən müddət ərzində isə ümumilikdə 2 250 291 test aparılıb.

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?