• 28 Yanvar 2021

ICESCO nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri başlayıb

12:10 12/01/21 | Siyasət

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

Səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır.

Nümayəndə heyətinin səfəri Füzuli rayonundan başlayıb.

Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Oqtay Qurbanov, ölkəmizin ICESCO üzrə milli komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin administrasiya rəhbəri Vasif Eyvazzadə və xarici ölkələr üzrə əməkdaşlıq şöbəsinin müdiri İsa Məmmədov müşayiət edirlər.

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?