• 28 Yanvar 2021

Nikolun «çantası» 

13:22 12/01/21 | Dünya

Sosial şəbəkələrin erməni seqmentində Paşinyanın Moskvaya iri çanta ilə getməsi
və onu yanında daşıması gülüş hədəfinə çevrilib

Dünən Moskvada keçirilən Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı üçtərəfli görüşdə bəzi maraqlı məqamlar xüsusilə diqqət çəkib. Bu məqamlardan biri də Ermənistan baş naziri Nikol Paşinyanın “çantası” olub. Sosial şəbəkələrin xüsusilə erməni seqmentində Paşinyanın Moskvaya iri çanta ilə getməsi və onu yanında görüşə daşıması gülüş hədəfinə çevrilib.

İstifadəçilər Nikol Paşinyanın konkret təklifləri yadda saxlamadığına və ya kiçik vərəqə yazmağı “unutduğuna” lağ ediblər.

Eyni zamanda, Paşinyanın bu görüşə daha “hazırlıqlı” getməsini də yazıblar. Bildirilib ki, hər zaman Prezident İlham Əliyevin tarixdən və diplomatiyadan peşəkar yanaşma nümayiş etdirməsindən və rəqibini çıxılmaz duruma salmasından qorxan Paşinyan bu dəfə özü ilə “ensiklopediya” aparıb, cavab verməyə savadı və intellekti çatmayanda ensiklopediyanı vərəqləmək üçün.

Paşinyanla bağlı daha bir maraqlı məqam isə, Azərbaycan və Ermənistan rəhbərlərinin Putinlə görüşləri zamanı müşahidə edilib. Qalib Azərbaycan Liderinin xoş ovqatı və yüksək əhval-ruhiyyəsindən fərqli olaraq, məğlub ölkənin baş naziri ruh düşkünlüyü, kefsiz və pəjmürdə görünüb. Hətta Ermənistanın sosial şəbəkə seqmentləri görüş zamanı Paşinyanın Putinin qarşısında beli bükülmüş şəkildə görüntülərini də istehzaya çeviriblər.

NATİQ

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?