• 28 Yanvar 2021

2021-ci il Ermənistan üçün "Böyük Depressiya"nın başlanğıcı olacaq

13:40 12/01/21 | İqtisadiyyat

Rusiya ilə Ermənistan arasında dövlətlərarası saziş çərçivəsində Moskva Yerevana 1,15 milyard məbləğində kredit ayıracaq.

Bu məbləğ 2020-ci ilin payızında Qarabağ müharibəsi dövründə Ermənistana silah tədarükü nəticəsində yaranmış borcun ödənilməsinə yönələcək.

Ermənistan eksperti Vahe Davtyanın sözlərinə görə, son iki il ərzində Ermənistanın dövlət borcu 8 milyard dollara çatıb, yeni borcları nəzərə alaraq bu göstərici 2021-ci ildə 9,5 milyard dollaradək artacaq:

"Ermənistanın ümumi daxili məhsulu 18,8 milyard dollardır ki, bu da ölkə üçün çox təhlükəli gedişatı göstərir. Hazırda ölkədəki institusional böhranı nəzərə alaraq demək olar ki, 2021-ci il Ermənistan üçün "Böyük Depressiya"nın başlanğıcı olacaq".

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?