• 28 Yanvar 2021

Sədərəyin qəhrəman Şəhid oğlu

13:34 12/01/21 | Digər

Şəhidlərimizin göstərdiyi şücaət, cəsarət əsl qəhrəmanlıq nümunəsidir. Bu qəhrəmanlıq salnaməsinin yazılmasında Sədərək şəhidlərinin də özünəməxsus payı var.

Sədərək rayonu 1992-1994-cü illərdəki birinci Qarabağ müharibəsində 109 şəhid, Vətən müharibəsində isə 4 şəhid verib.

Abdullazadə Tağı İlham oğlu da belə şəhid qəhrəmanlarımızdandır. O, Dəmirçi kəndində  04.05.1992-ci ildə muharibə şəraitində dünyaya göz açmışdı. Ailədə üç bacının bir qardaşı olan Tağı mehriban, gülərüz, cana yaxın qayğıkeşliyi ilə həmişə seçilirdi. Təhsilə 1999-cu ildə 1 nömrəli tam orta məktəbdə başlayıb. Oxuduğu illərdə özünəməxsus xarakteri ilə sinif yoldaşları və müəllimələri tərəfindən çox sevilən bir şagird olub. Tağı 2010-cu ildə Sədərək orta məktəbini bitirib yeni həyata qədəm qoyub. O, 2010-cu ilin payızında hərbi xidmətə göndərilib. Hərbi xidməti Ordubad dağlarının yüksəkliyində yerinə yetirib. 2011-ci ildə doğma Sədərəyə qayıdıb. Hərbiyə marağı çox olduğu üçün Sədərək rayon Heydərabad qəsəbəsinin orta məktəbində Hərbi müəllim vəzifəsində pedaqoji fəaliyyətini davam etdirib. O, şagirdlərinə vətənpərvərliyi aşılayan müəllim kimi kollektivdə nüfuz sahibi olub. Şəhidimiz pedaqoji fəaliyyətində olduğu zaman şagirdlərdə Vətənə məhəbbət hissini daha yüksək səviyyədə aşılayıb.

Tağı Abdullazadə 2016-cı il avqustun 27-də ailə həyatı qurub. Şəhidimizin 2017-ci il may ayının 25-də oğlu dünyaya göz açıb. Övladının gələcəyini həmişə düşünən ata, övladı üçün əlindən gələni əsirgəməyib.

Şəhid Tağının Vətənə olan sevgisi yenidən onu hərbiyə daxil olmağına səbəb olur. Naxçıvan şəhərində yüzlərlə insanın içindən seçilərək üç aylıq təlimi, davranışı, şücaəti, əzmi, dözümü ilə başa vurub iyun ayında Sədərək rayonun hərbi hissəsində hərbi vəzifəyə başlamışdır. Vəzifəsini layiqincə yerinə yetirən Tağı başqalarından fərqləndiyi üçün həmişə ön cərgədə olub.

Bir ili bitdikdən sonra xüsusi təyinatlı xidmətdə fəaliyyətə başlayıb. 44 günlük Vətən müharibəsində oktyabr ayının 11-dən etibarən könüllü şəkildə iştirak edib.

Tağı Abdullazadə 17 gün müddətində uğurlu döyüş tapşırıqlarını layiqincə yerinə yetirib. O, hərbi yoldaşlarının söylədiklərinə görə düşmənin 34 canlı qüvvəsini məhv edərək, öz yoldaşlarını mühasirədən çıxarıb.

Şəhidimiz ailəsi ilə orada olduğu müddətdə əlaqə saxlayaraq, hər şeyin yaxşı olduğunu bildirirmiş. Onun son danışığı şəhid olduğu günün axşam saatlarında olub. Oktyabrın 27-də axşam radələrində başlayan şiddətli atışmalar, 28 oktyabr radələrinə yaralı yoldaşlarına köməklik edərkən düşmənin atdığı ağır artilleriya nəticəsində boğazından aldığı qəlpə yarası ilə 4 dostu ilə saat 17:30 radələrində Hadrut rayonu Tuzluca yüksəkliyində qəhrəmancasına şəhid olur.

Şəhid Tağının 02.11.2020-ci il tarixində nəşi Sədərək rayonuna gətirilir. Sədərək rayonunda şəhidimiz böyük izdihamla qarşılanır, son mənzilə yola salınır…  

Şəhid Tağı Abdullazadə Sədərək rayon Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidimiz birinci Qarabağ müharibəsində doğulsa da, İkinci Vətən müharibəsində Qəhrəmancasına şəhid oldu. O, ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunması" medalları ilə təltif olundu.

Şəhid Tağı Abdullazadə onu tanıyanların qəlbində əbədi yaşayacaq.

Hacı Tofiq SEYİDZADƏ

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?