• 28 Fevral 2021

Polietilen, etilen və propilen istehsalı artıb

09:30 18/02/21 | İqtisadiyyat

Yanvarda Azərbaycanda 13,6 min ton propilen (ondan əmtəəlik 12,6 min ton), 17,9 min ton polietilen, 17,9 min ton etilen, 0,1 min ton metanol (metil spirti) istehsal olunub.

Dövlət Statistika Komitəsindən Azadaz-a verilən məlumata görə, ay ərzində kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayı ilə müqayisədə 14,3 faiz artıb. Fevralın 1-nə 1,4 min ton propilen, 12,5 min ton polietilen və 4,2 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Əsas kimya məhsullarından polietilen istehsalı 45,5 faiz, etilen istehsalı 39,8 faiz, propilen istehsalı 25,9 faiz artıb.

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?