• 22 Aprel 2021

Ölümsüz qəhrəmanlar

10:40 18/02/21 | Digər

Şəhid kapitan Şahmar Quliyev

Şahmar Kəmaləddin oğlu Quliyev 1991-ci il noyabrın 7-də Naxçıvan MR Naxçıvan şəhərində anadan olub.

Azərbaycan Ordusunun kapitanı olan Şahmar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Şahmar Quliyev sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı və 15.12.2020-ci il tarixli Sərəncamına əsasən isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ailəli idi, bir övladı yadigar qalıb.

Şəhid kapitan Ramil Babayev

Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq itkin düşən kəşfiyyatçı kapitan Ramil Babayevin 4 aydan sonra şəhid xəbəri gəldi.

Şəhid Ramil Babayev ötən il sentyabrın 27-dən başlanan Vətən müharibəsində ilk gündən quru qoşunlarda kəşfiyyatçı kimi döyüşə qatılmışdı. O, sentyabrın 29-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq itkin düşmüşdü. Onun cənazəsi doğulduğu rayona gətirilərək ailəsinə təhvil verilib və Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəhbərləri, şəhidin komandirləri və döyüş yoldaşları, yaxınları, ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər. Şəhidin komandiri üç rəngli dövlət bayrağımızı atası Taqət Babayevə təqdim edib, Ramilin qısa, şərəfli döyüş yolundan danışıb, vətənpərvər, cəsur zabit kimi şəhidlik zirvəsinə ucaldığını söyləyib.

Qeyd edək ki, şəhid kapitan Ramil Babayev 1991-ci ildə Kürdəmirdə anadan olub. İlk təhsilini Kürdəmir şəhər 1 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra öz istəyi ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Sonra təhsilini Ali Hərbi Akademiyada davam etdirib. Oranı bitirdikdən sonra zabit kimi Goranboy rayonunda xidmətə başlayıb. Ailədə üç uşağın ən kiçiyi olan Ramil onu tanıyanlar arasında igid, cəsur, vətənpərvər oğul kimi tanınıb.

Şəhid zabit ailəli idi və indi onun bir oğlu, bir qız övladı yadigar qalıb. Ramil dünyamızı anadan yenicə doğulan oğlundan xəbərsiz tərk etdi...

Şəhid Röyal Qurbanov

Röyal Ziyad oğlu Qurbanov 2001-ci il avqust ayının 21-də Siyəzən rayonunun Beşdam kəndində anadan olub. VII sinifə qədər Siyəzənkənd ümumi orta məktəbdə, sonra isə şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb və 2018-ci ildə həmin məktəbin məzunu olub. 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb.

Xüsusi təyinatlı dəstənin kəşfiyyat bölüyündə xidmət edən Röyal Vətən müharibəsində Suqovuşan qəsəbəsinin düşməndən azad edilməsində xüsusi igidlik göstərib. Oktyabr ayının 5-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə Röyal Qurbanov qəhrəmancasına şəhid olub.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun!

Bilman İSAQ

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?