• 28 Fevral 2021

Masallıda arıçılığa maraq artır

13:41 18/02/21 | İqtisadiyyat

Cənubdan xoş soraqlar

Dövlətin arıçılığa göstərdiyi diqqət və qayğı Masallı rayonunda da bu sahəyə böyük maraq yaradıb. Arıçılıqla məşğul olanların, eləcə də arı ailələrin sayı ilbəil artır. İndi burada yaradan şərait ekoloji təmiz bol bal məhsulu istehsal etmək üçün yaxşı imkan verir. Odur ki, son vaxtlarda alıcılar Masallı balını daha həvəslə alırlar. Rayonun təsərrüfatlarında əsasən çiçək və cökə balı istehsal olunur.

Hazırda rayonda 642 arıçılıq təsərrüfatı fəaliyyət göstərir. Onların hamısına təcrübəli arıçılar baxırlar. Arıçılığın inkişafına dövlət dəstəyinin nəticəsidir ki, cari ildə rayonda arıçılıq təsərrüfatlarının sayı ötən illə müqayisədə 23 təsərrüfat, arı ailələrinin sayı isə 264 ailə artaraq 9447 dən 9711 ailəyə çatıbdır. Arıçılar deyirlər ki, dövlət bu sahəyə yaxşı dəstə verir, nəticədə bizdə də arı saxlamağa həvəs yaranır. Təkcə dövlət vəsaiti hesabına hər pətəyə görə 10 manat subsidiya ödənilir.

Heyvandarlıq Astarada inkişaf edir

Astarada heyvandarlıq sürətlə inkişaf edir. Bunun da əsasında dövlətin bu sahəyə göstərdiyi qayğı durur. İndi rayonda mal-qara bəsləməyə kənd adamları böyük həvəslə yanaşırlar. Saxlanılan heyvanların cins tərkibinə xüsusi fikir verilir. Bu məqsədlə dövlət vəsaiti hesabına xarici ölkələrdən buraya xeyli sayda ətlik və südlük istiqamətində düyə gətirilib, süni mayalanma məntəqələrin sayı artırılıb. Rayonda 5 əsas bu tipli məntəqə heyvandarların ixtiyarındadır. Hazırda isə Astaranın heyvandarlıq təsərrüfatlarında 40 min 96 baş iribuynuzlu mal-qara saxlanır. Bunların əksəriyyəti süni mayalanma üsulu ilə yetişdirilib. Süni mayalamadan alınan buzovu bəsləməyə görə dövlət 100 manat subsidiya verir.

Lənkəranda ağac əkmə aksiyası

44 günlük Vətən müharibəsində Lənkəran rayonu da çoxlu şəhid vermişdir. Torpaq uğrunda canından keçən həmin igidlərin əziz xatirəsini yaşatmaq üçün rayonda müxtəlif tədbirlər görülür. Bu günlər də isə şəhərdəki Həzi Aslanov parkında ağac əkmə aksiyası keçirilib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi, Lənkəran Peşə Liseyinin birgə təşkilatçılığı ilə baş tutan aksiyada parkda relikt bitki növü olan Lənkəran aksiyası əkilib.

Gələcək günlərdə də belə aksiyaların daha geniş şəkildə görülməsi nəzərdə tutulub.

Zəfər ORUCOĞLU

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?