• 28 Fevral 2021

Dövlət Xidməti süni qiymət artımını qanun pozuntusu saymır

14:45 18/02/21 | İqtisadiyyat

«Dünyada şəkər, duru yağların qiymətlərində kifayət qədər bahalaşma gedir ki,
bu bizdə də müşahidə edilir»

"Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla, ölkəmizdə qiymətlər azad iqtisadiyyat sistemində tələb-təklif əsasında formalaşır. Ərzaq məhsulları, tikinti materiallarının qiymətləri dövlət tərəfindən tənzimlənməyən qiymətlər sırasındadır. Bura süni olaraq, müdaxilə edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb". Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib.

O qeyd edib ki, xidmət olaraq bu fəaliyyətin aparılmasını düzgün saymırlar: "Süni qiymət artımları ilə bağlı tərəfimizdən gündəlik olaraq monitorinqlər aparılır. 57 adda ərzaq məhsulu üzrə, 28 adda meyvə-tərəvəz üzrə, 51 adda tikinti materialı üzrə monitorinqlər aparırıq. Bizim monitorinqlərin aparılmasının məqsədi bazarda azad rəqabət şəraitinin mövcud olan qiymətlərin monitorinqi və bunun əsasında aninhisar qanunvericiliyinin pozulmasına yönəlmiş hansısa sövdələşmə əlamətlərinin aşkarlanmasından ibarətdir".

M.Abbasbəylinin sözlərinə görə, təhlillər qiymətlərlə bağlı hər hansı qanun pozuntusu aşkar edilmədiyini göstərir: "Müəyyən məhsullar var ki, ölkəmizdə istehsal olunmur. Dünyada şəkər, duru yağların qiymətlərində kifayət qədər bahalaşma gedir ki, bu bizdə də müşahidə edilir. Ona görə də bizdə də bunu qanun pozuntusu saymaq olmaz".

BƏXTİYAR

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?