• 28 Fevral 2021

Dünya Bankı Azərbaycanın yol infrastrukturuna son 20 ildə 1,1 mlrd. dollar ayırıb

16:55 19/02/21 | Dünya İqtisadiyyatı

2001-ci ildə bəri Dünya Bankı üç magistral yol layihələri çərçivəsində Azərbaycanda yol infrastrukturunun inkişafına və yenilənməsinə 1,096 mlrd. ABŞ dolları dəyərində investisiya yatırıb.

Dünya Bankından verilən məlumata görə, bunlar, "Magistral yol layihəsi" (40 mln. dollar), "İkinci magistral yol layihəsi" (675 mln. dollar) və hazırda aktiv və ən irimiqyaslı layihə sayılan "Üçüncü magistral yol layihəsi"dir (381,6 mln. dollar).

"Üçüncü magistral yol layihəsi"nin məqsədi Bakı-Şamaxı magistral yolunu daha sürətli və təhlükəsiz etmək, daha yüksək keyfiyyətli yol xidmətlərinin göstərilməsinə töhfə vermək və yeni yaranan avtomobil yolu şəbəkəsinin idarəetməsini yaxşılaşdırmaqdır. Dünya Bankı 2010-cu ilin mayında sözügedən layihəni təsdiqləyərək Azərbaycana 241,6 mln. dollar, daha sonra isə (2016-cı ilin mart ayında) əlavə olaraq 140 mln. dollar məbləğində kreditləri təsdiqləyib. Beləliklə, bankın sözügedən layihə üzrə öhdəlikləri 381,6 mln. dollar təşkil edib və məbləğin 311,29 mln. dolları artıq Azərbaycana ödənilib.

Dünya Bankı qeyd edir ki, yol infrastrukturuna aid layihələrdə bank Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kimi digər inkişaf tərəfdaşları ilə də əməkdaşlıq edir.

Xatırladaq ki, hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfelinin həcmi 10 layihə üzrə 979,9 mln. dollar təşkil edir (bura ödənilməmiş öhdəliklər də daxildir – red.). Bundan əlavə, bankın ölkədə üç təsdiqlənməyən layihəsi hazırlıq mərhələsindədir. Bunlar bank tərəfindən 65 mln. dolların ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dolların ayrılacağı "Azerbaijan Railways & Logistics Modernization Program" layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən  ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş "National Solid Waste Management Project" layihəsidir.

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?