• 28 Fevral 2021

Ölümsüz qəhrəmanlar: Şəhid əsgər Mərhəməd Əhmədov

11:27 23/02/21 | Digər

Əhmədov Mərhəmət Adil oğlu 14.05.1991-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Oğuz kəndində doğulub. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlısı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Əhmədov Mərhəmət Adil oğlu Vətən müharibəsində canını fəda edən oğullardan biri olub. Füzulinin, Hadrutun azad olunması uğrunda odlu-alovlu cəbhəyə atıldı, Daşaltının, Tuğ kəndinin işğaldan azad olunmasında cəsarətlə döyüşüb, Şuşa istiqamətinə doğru irəliləyərkən şəhidlik məqamına yüksəlib.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Əhmədov ölümündən sonra "Vətən uğrunda", “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Tofiq SEYİDOV

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?