• 28 Fevral 2021

“Mutlu komandir”: Şəhid Ramil Əliyev 

12:28 23/02/21 | Digər

Qəhrəman Şəhid Ramil Qurban oğlu Əliyev 22 mart 1996-cı il Naxçıvan şəhəri Babək rayon Güznüt kəndində doğulub. Ramil 2003-cü il Güznüt kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. 2011-ci ildə isə C.Naxçıvanski adına Hərbi liseyə qəbul olub, 2014-cü ildə oranı bitirib. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib.

2018-ci ildə artıq bir hərbi zabit kimi öz vəzifəsinin başına keçib. Vəzifəsini yerinə yetirdiyi 2 il müddətində o vətənə xidmətdə canla-başla çalışıb, hər zaman torpağına sadiq vətən keşikçisi kimi özünü isbatlayıb. Hələ məktəb vaxtlarında hərbiyə olan marağı, necə əzmlə, istəklə Hərbi məktəbə daxil olma istəyi hər kəsə, xüsusilə ailəsinə məlum olub. Anasına hər zaman, “Mən torpağıma sadiqəm və qanımın son damlasına qədər bu torpağın bütövlüyü üçün vuruşacağam. Qismətimdə şəhidlik zirvəsi olacaqsa bu ancaq fəxr olar mənə” deyib. Öz formasından, tutduğu vəzifədən hər zaman qürurlanıb. Təlimlərə, hər əməliyyatlara hər zaman canla başla, heç nəyi düşünmədən atılıb. Və müharibə olacağını bilən qəhrəmanımız Ramil heç kəsə heç nə bildirmədən bir gecə, müharibənin başlandığı gecə - 26 sentyabr öz amalına sadiq qalaraq vətənin dar günündə düşünmədən döyüşə atılıb.

27 sentyabr Füzuli istiqamətində düşmənin ən çətin, «qırılmaz» adlandırılan səngərində düşmənlə üz-üzə vuruşanlardan olub. Ancaq gözlənilmədən düşmən snayperindən açılan qafil güllə ilə qəhrəmanımız Ramil arzuladığı şəhadətinə qovuşub. O hər zaman özünü “Mutlu komandir” adlandırırdı…

Budur həmkarları, silah yoldaşları şəhidimizin qanını yerdə qoymadı və torpaqlarımız artıq işğaldan azaddır. Şəhidimiz Ramil Əliyev öz doğulduğu Güznüt kənd məzarlığında dəfn olunub, ruhu şaddır.

Təbii ki, qəhrəman Ramil Əliyev kimi igidlər olduqca Vətən əsla basılmaz!

Abutalıb KƏNGƏRLİ,
Nax
çıvan Müəllimlər İnstitutu, Tarix fakültəsinin l kurs tələbəsi

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?